ABŞ Prezidenti Donald Trampın administrasiyası Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı” ilə bağlı qətnaməsinin əleyhinədir.
Bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi deyib.
Onun sözlərinə görə, administrasiya hesab edir ki, bu qətnamə NATO-da aparıcı müttəfiq olan Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxara bilər.
Departament rəsmisi bildirib ki, bu qətnamə uğursuz vaxtda qəbul edilib və daha çox cəzalandırma xarakteri daşıyan qanunun qəbuluna gətirib çıxara bilər.
O əlavə edib ki, ABŞ-ın bu məsələdə mövqeyi dəyişməyib.