Tramp: Mənim nüvə düyməm sənin nüvə düyməndən böyükdür

OXUNUB: 507 DÜNYA

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın "nüvə düyməsi” ilə bağlı bəyanatına cavab verib.

 Bu barədə Tramp öz "Twitter”ində paylaşım edib.

"Şimali Koreya lideri bəyan edib ki, onun "nüvə düyməsi” daima masasının üzərindədir. Acından ölən, zəifləmiş rejimindən kimsə, zəhmət olmasa, ona məlumat versin ki, mənim də "nüvə düyməm" var və onunkundan daha böyük və daha qüdrətlidir. Və o işləyir!”, - D.Tramp yazıb./oxu

İcmal.Az

RƏYLƏR