Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi

OXUNUB: 535 DÜNYA

Ağ Evdə Suriyanın vurulmasının üç variantı müzakirə edilib. Onlardan biri ölkədə olan Rusiya mövqelərinə hücum edilməsindən ibarət olub.

ABŞ prezidenti Donald Tramp öz məsləhətçilərinə məhz bu imkanı nəzərdən keçirməyi təklif edib.

Bu barədə İcmal.Az "The Wall Street Journal”a istinadən xəbər verir.

Qeyd edilir ki, plana əsasən, Suriyadakı Rusiya havadan müdafiə sisteminə hücum ölkə prezidenti Bəşər Əsədin potensial hərbi rejimini sarsıtmalı idi. Buna baxmayaraq, Pentaqon rəhbəri Ceyms Mettis Moskvanın cavabının daha təhlükəli olduğunu izah edərək, Trampı fikrindən daşındırıb.

Digər iki varianta isə kimyəvi silahlara, həmçinin bir çox hədəflərə, o cümlədən, hərbi komandanlıq məntəqələri, tədqiqat və təkmilləşdirmə mərkəzlərinə aid olan Suriya mövqelərinə zərbələr daxil idi.

Tramp nəticədə "hibrid planı” seçib.

İcmal.Az

RƏYLƏR