Turanın xanımından XƏBƏRDARLIQ: "Bu şəxs kimdirsə..."

OXUNUB: 771 ŞOU-BİZNES

Jurnalist Turan İbrahimovun həyat yoldaşı stilist Nərmin İbrahimova həyat yoldaşının adından saxta profil işlədən şəxsə xəbərdarlıq edib.

İcmal.Az goldnews.az-a istinadla xəbər verir ki, bu barədə stilist şəxsi İnstagram hesabında bildirib.

 
"Turan heç bir sosial şəbəkə istifadəçisi deyil. İnstagram-da onun adından saxta səhifə yaradıblar. Bu şəxs kimdirsə dəfələrlə səhifənin adını dəyişib "fan" qoymasını xahiş etdim. Amma görürəm o insan elə öz bildiyini edir. Kim bu səhifəni izləyirsə, agah olsun. Diqqətiniz üçün hər birinizə təşəkürlər".

İcmal.Az

RƏYLƏR