Türk lirəsi dollara nisbətdə tarixinin ən aşağı səviyyəsinə düşdü

OXUNUB: 673 İQTİSADİYYAT

Türk lirəsi dollara nisbətdə bütün zamanların ən aşağı səviyyəsinə düşüb. 

İcmal.Az xəbər verir ki, dollar/ lirə məzənnəsi 4,04 lirəyə yüksəlib.

Türk lirəsi 0,92 faiz dəyər itkisi ilə üzləşib. Avronun məzənnəsi isə 4.9442 lirə səviyyəsində formalaşıb.

Dollar indeksi (DXY) 0,15 faiz, avro/tl məzənnəsi 0,68 faiz yüksəlib. 

Onu da qeyd edək ki, türk lirəsinin ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın növbəti iclasında hər hansı bir addım atmayacağı ilə bağlı gözləntilərdir.

Həmçinin xaricdə azalan "risk iştahı” TL-nin dəyərdən düşməsinə səbəb olur.

İcmal.Az

RƏYLƏR