Türkiyə 22 ölkəyə tələb göndərdi - FETÖ-nün 45 üzvü istənilir

OXUNUB: 523 DÜNYA

FETÖ terror təşkilatının hərbi inqilaba cəhd etməsi ilə bağlı davam edən istintaq çərçivəsində başqa ölkəyə qaçdıqları müəyyənləşən 45 nəfər barədə hazırlanan tələbnamə Ədliyyə Nazirliyinə təqdim edilib.

Ankara 4-cü Ağır Cinayətlər Məhkəməsinin hazırladığı tələbnamə nazirlik tərəfindən isə 22 ölkəyə göndərilib.

Türkiyə ABŞ, İngiltərə, İsrail, Almaniya, Belçika, Norveç, Kamboca, Tailand, Madaqaskar, Malta, Burnika Faso, Mozambik, Misir, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Cənubi Afrika, Hollandiya, Albaniya, Toqo, BƏƏ və Özbəkistanda gizlənən FETÖ-nün yüksək vəzifəli 45 üzvünün ekstradisiya edilməsini tələb edib./qafqazinfo

 İcmal.Az

RƏYLƏR