Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.
Həmin ərazilərin PYD və YPG terror təşkilatlarının nəzarətində olduğu bildirilir.
Zərbələr nəticəsində YPG-nin qərargahlarından biri darmadağın edilib.
Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edir. Bundan əvvəl Türkiyə hakimiyyəti hərbi əməliyyatın miqyasının genişlənəcəyini istisna etməyib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub./trend
İcmal.Az