Türkiyə İranda baş verən kütləvi etiraz aksiyalarına münasibət bildirib.
Türkiyənin xarici işlər nazirliyinin yaydığı bəyanatda İran xalqı ölkə daxilində baş qaldıran fitnəkar qüvvələrin və xarici ölkələrin maraqlarına xidmət etməməyə çağrılır.
Bəyantada Türkiyə İran xalqını ölkə daxilində sülh və əmin-amanlığı qorumağa, çoxsaylı insan ölümləri ilə nəticələnən aksiyaları dayandırmağa dəvət edib.
Xatırladaq ki, İranın ən böyük şəhərlərindən biri olan Məşhəddə başlayan etirazlar, hazırda ölkənin 9 böyük şəhərini əhatəyə alıb. Aksiyalarda ölənlərin sayı 30 nəfərə çatıb./publika
İcmal.Az