Türkiyə və Rusiya zenit-raket komplekslərinin alınması üçün saziş imzalayacaq

OXUNUB: 562 DÜNYA

Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanacaq.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, sazişin imzalanması üçün Rusiyadan nümayəndə heyəti Türkiyəyə gələcək.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Rusiyadan 4 ədəd S-400 zenit-raket kompleksinin alınması ilə bağlı razılıq əldə etmişdi. Sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlinə nəzərdə tutulub./trend

İcmal.Az 


RƏYLƏR