Türkiyə yeni hərbi birləşmə qurur - NATO üçün daha bir GÖZDAĞI

OXUNUB: 635 DÜNYA

Türkiyə Rusiyadan aldığı "S-400” raketdən müdafiə sistemini orduda tətbiq etmək üçün "S-400 Raketdən Müdafiə Alay Komandirliyi”ni quracaq.

Türkiyə Silahlı Qüvvələri ölkə daxilində 2 fərqli nöqtəyə "S-400” taboru, hər birində 72 ədəd olmaqla, hər an uçmağa hazır olan 144 ədəd raket yerləşdirəcək.

Bir S-400 sistemində "lanser” adı verilən raket fırladan cihazla yanaşı, "Big Bird” adlı uzun mənzilli radar, "Grave Stone” adlı raketləri izlənilməyən nişan radarı və "55K6E” kodlu nəzarət mexanizmi yer alıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan "S-400” raketdən müdafiə sistemi alan ilk NATO ölkəsidir./publika

İcmal.Az

RƏYLƏR