Türkiyədə ağır qəza: Bir ailənin bütün üzvləri öldü

OXUNUB: 924 DÜNYA

Türkiyənin Kocaeli vilayətində ağır qəza baş verib. 

 Qəza zamanı 1 TIR, 1 mikroavtobus və iki minik avtomobili toqquşub.

Məlumata görə, TIR sürücüsü idarəetməni itirib və qarşı tərəfdən gələn mikroavtobusa, daha sonra iki minik avtomobilinə dəyib. Nəticədə mikroavtobusda olan ailənin bütün üzvləri - 6 nəfər ölüb. Minik avtomobillərində olan daha 3 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində həlak olan ailənin Almaniyadan tətil üçün Türkiyəyə gəldiyi qeyd olunur./qafqazinfo

 

RƏYLƏR