Türkiyəli aparıcı: Günel Rzadan canını yaxşı qurtarıb

OXUNUB: 717 ŞOU-BİZNES

Türkiyəli aktrisa-aparıcı Berna Laçin ABŞ-da həbsdə olan İran əsilli iş adamı Rza Zərrab və Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova ilə bağlı sosial şəbəkədə paylaşım edib.

 O, paylaşımında "10 il əvvəl Rza ilə müğənni Günel sevgili idi. Günel tərk edilmiş, üstəlik, 6 ay həbsə cəzasına məhkum edilmişdi. Hər halda "Hər şeydə bir xeyir var” deyimi bu deməkdir. Məgər qız canını yaxşı qurtarıbmış” sözlərini yazıb.

 

Xatırladaq ki, Günel keçmiş sevgilisi Rza Zərraba "Səni başından güllələyərəm” deyərək hədələmiş və buna görə barəsində 6 ay azadlıqdan məhrumetmə cəzası irəli sürülmüş, amma məhkəmə bu hökmün icrasını təxirə salmışdı.

Rza Zərrab 2013-cü ilin dekabrın 17-də rüşvət və qaçaqmalçılıq iddiası ilə həbs olunub./oxu

İcmal.Az

RƏYLƏR