Türkiyəli rejissor “Qızıl Qlobus” aldı - FOTO

OXUNUB: 645 ŞOU-BİZNES

Dünyaca məşhur türk əsilli rejissor Fatih Akın "Xarici dildə ən yaxşı film” nominasiyasında qalib gəlib.

Dünən baş tutan "Qızıl Qlobus” kino mükafatlarında türkiyəli rejossor Fatih Akın uğura imza atıb. Belə ki, rejissorun "Paramparça” (İn The Fade) filmi "Xarici dildə ən yaxşı film” kateqoriyası üzrə mükafatlandırılıb. Fatih Akın mükafatı filmdə baş rolu oynayan Diana Kruyugerlə birlikdə alıb.

Məlumat üçün bildirək ki, Fatih Akın 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən "Divara qarşı” filmi ilə Berlin kinofestivalının baş mükafatı – "Qızıl ayı”ya layiq görülüb.

O, 2005-ci ildə Kann Film Festivalında Salma Hayek, Xavyer Bardem və Emir Kusturica ilə birlikdə münsif üzvü kimi iştirak edib.

2007-ci ildə ekranlaşdırdığı "Həyatın kənarında” filmi isə Kann kinofestivalında F.Akın "Ən yaxşı ssenari” nominasiyasında qalib olub./publika

İcmal.Az

RƏYLƏR