Türkiyənin hakim partiyasının qurultayının vaxtı rəsmi olaraq açıqlanıb

OXUNUB: 8446 İDMAN DÜNYA MÜSAHİBƏ ŞOU-BİZNES

Bakı. 1 may. / Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) mayın 21-də 3-cü fövqəladə qurultayını keçirəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bununla bağlı qərar AKP-nin Mərkəzi İdarə Heyətinin mayın 1-də keçirilən toplantısında qəbul edilib.

Qeyd edək ki, Konstitusiyaya edilən dəyişikliklərə əsasən, artıq Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər. Fövqəladə qurultayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq.

Xatırladaq ki, R.T.Ərdoğan 2001-ci il avqustun 14-dən 2014-cü il avqustun 27-dək bu partiyanın üzvü olub. O, prezident seçildikdən sonra qanunun tələbi ilə AKP-dən çıxıb.  

RƏYLƏR