Ukraynada azərbaycanlı gənclərdən Diana Hacıyevaya dəstək – FOTO

OXUNUB: 1057 ŞOU-BİZNES

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə "Eurovision - 2017” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Diana Hacıyavaya dəstək vermək üçün tədbirlər həyata keçirir.

Səfirlikdən İcmal.Az-a verilən məlumata görə, Azərbaycan təmsilçisinin Ukraynaya təşrif buyurduğu ilk gündən böyük coşğu ilə qarşılayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları Azərbaycan və Ukrayna bayraqları ilə bəzədilmiş avtomobillərlə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarından keçməklə, paytaxt sakinlərinin diqqətini Azərbaycana yönəldiblər.

Diana Hacıyevaya dəstək verən azərbaycanlı və ukraynalı gənclər öncə Heydər Əliyev parkına gedərək H.Əliyevin abidəsi önünə çiçək dəstələri qoyublar. Sonra Azərbaycanın Ukraynadakı səfirliyinin həyətində Diana Hacıyeva ilə görüş keçirilib. Görüş zamanı 2012-ci ildə Bakı şəhərində keçirilmiş möhtəşəm mahnı müsabiqəsi ilə bağlı xoş xatirələrini bölüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, ukraynalı rəssam Tatyana Korol və digər gənclər milli təmsilçiyə qələbə arzulayıblar.

Ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə və Ukrayna Azərbaycanlı Gənclər Birliyini fəallarına minnətdarlığını bildirən Diana Hacıyeva beynəlxalq yarışmada qələbə əldə etmək üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb.

 

İcmal.Az

RƏYLƏR