Ulduzlar mərasimə qara geyindilər - FOTO

OXUNUB: 549 MARAQLI

ABŞ-ın Los-Anceles şəhərində 75-ci " 75th Golden Globe Awards" mərasimi keçirilib.

 "The Beverly Hilton" mərasimə qatılan ulduzların tam əksəriyyəti qara paltarda olublar.

Hollivudda cinsi təcavüz qurbanları olmuş qadınlara dəstək hərəkatı olan və sosial şəbəkələrdə "#MeToo" ("Mən də") heşteqi ilə yayılan aksiyaya qatıldıqlarını bu minvalla nümayiş etdirən ulduzların dediklərinə görə, qadın hüquqları daha ciddi, genişmiqyaslı şəkildə qorunmalıdır.

Həmin ulduzlar "Time's Up" adlı hərəkat yaradaraq mərasim öncəsində mediada bəyanatlar da yayıblar.

 

Bəyanatı imzalayanlar arasında Riz Uizerspun, Ancelina Coli, Emma Stoun, Qal Qadot, Nikol Kidman, Elizabet Moss, Lora Den, Reyçel Brosnan və başqaları var./milli

Ulduzlar mərasimə qara geyindilər - FOTO

İcmal.Az

RƏYLƏR