Bakı. 29 aprel. / "Unibank" ASC-nin müştərisi olan fərdi sahibkarlar bank xidmətlərindən banka gəlmədən istifadə edə biləcəklər.
Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bankın hazırladığı "Unibank Mobile Business" əlavəsi fərdi sahiblarlara istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə etməyə imkan verir.
Fərdi sahibkarlar banka gəlmədən, 24/7 rejimində "Unibank"dakı hesablarını idarə edə, bankın digər xidmətlərindən faydalana biləcəklər. Yaxın vaxtlarda mobil əlavənin yeni imkanları da istifadəyə veriləcək. “Unibank Mobile Business” fərdi sahibkarlara kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi, kartlar, hesablar, depozit və kreditləri ilə bağlı istənilən məlumatı almaq, kart və hesab üzrə çıxarışın əldə edilməsi, Kartlar və hesablar arası köçürmələr, “Unibank”ın digər müştərisinə köçürmələr etmək, kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi, bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq, valyuta kurslarından xəbərdar olmaq, günün istənilən vaxtı banka məktub yazmaq imkanı verir.
“Unibank Mobile Business” əlavəsi "İOS" və "Android" platformalarında işləyir. Müştərilər öz planşet və smartfonunda “Unibank”ın mobil bank xidmətini http://onelink.to/um-business linkindən yükləyə bilər.
Fərdi sahikarlar bu mobil əlavəyə "Asan İmza" vasitəsi ilə və “Unibank”ın filiallarında qoşula bilərlər.