“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik ediləcək

OXUNUB: 636 İQTİSADİYYAT

Parlamentin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub.

İcmal.Az xəbər verir ki, Azərbaycanda valyuta mübadiləsi ilə məşğul olanlarla bağlı yeni tələblər müəyyənləşdiriləcək.

Layihəyə əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanundan irəli gələn tələbələrə əməl etməlidirlər.

İcmal.Az

RƏYLƏR