Meşədə 14 yerindən bıçaqlanan yeni doğulmuş körpə tapılıb.
4 günlük körpə meşədə kəndlilər tərəfindən torpağın altından xilas edilib. Məlum olub ki, körpənin hələ göbəyi də kəsilməyib. Yoldan keçən kənd sakinləri uşağın ağlamağını eşidib və səsə doğru irəliləyiblər. Yerin altından gələn bu səs atılmış körpənin səsi imiş. Həkimlər müayinə zamanı uşağın sağ qalmasının belə möcüzə olduğunu bildiriblər. Polisə təhvil verilən körpəyə "Torpağın oğlu" adı verilib.
Faktla bağlı cinayət işi açılıb./big
Maira
İcmal.Az