Vətən Şaşmazın yerinə Özləm Yıldız gətirildi

OXUNUB: 1151 ŞOU-BİZNES

Avqust ayında İstanbulun Beşikdaş rayonu ərazisindəki məşhur otellərdən birində keçmiş sevgilisi Filiz Ağər tərəfindən öldürülən tanınmış teleaparıcı Vətən Şaşmazın "İş Dünyası" programında aparıcılığına Özləm Yıldız gətrilib.

Vətən Şaşmaz "İş Dünyası" proqramında 5 ildir aparıcılıq edib.

Özləm Yıldız proqramı aparacağı üçün xoşbəxt olduğunu bildirib:

"Vətən Şaşmazın yolunu layiqincə davam etmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, avqustun 27-də İstanbulun Beşikdaş rayonu ərazisindəki məşhur otellərdən birində tanınmış teleaparıcı Vətən Şaşmazın və onun sevgilisi Filiz Ağərin cəsədi tapılıb. Şaşmaz keçmiş sevgilisi, model Filiz tərəfindən belindən güllələnərək öldürülüb. Daha sonra model öz başına atəş açaraq intihar edib./teleqraf.com

 

İcmal.Az


RƏYLƏR