"Vəziyyətimiz çox pisdir, dilənirik" — Rəmişin həyat yoldaşı

OXUNUB: 929 ŞOU-BİZNES
Xalq artisti Rəmiş (Rafiq Hüseynov) namaz qılıb quran oxumağa başlayıb.

Bütün pis vərdişləri ilə vidalaşan xalq artisti artıq haqq yoluna dönüb. Belə ki, gündə bir neçə dəfə namaz qılıb, Allaha dualar edən Rəmiş, Quranı da mütaliə eləməyə başlayıb. O yaxın ətrafına bununla bağlı danışarkən "hətta toyum da olsa namazdan qalmaram, namazımı qılıb, duamı edib sonra gedirəm” deyib.

Məsələ ilə bağlı ucnoqta.az saytı xalq artistiylə əlaqə saxlayıb. Rəmişin həyat yoldaşı Gülü Hüseynova sayta şok açıqlamalar verib. O, xalq artistinin həqiqətən haqq yoluna döndüyünü, amma vəziyyətlərinin çox pis olduğunu bildirib.

"Rəmiş 2015-ci ildən toylara getmir. Onun 2015-ci ildən bir dənə də olsun toyu yoxdur. Bizi istəməyən insanlar yalandan Rəmişi toya aparmaq istəyənlərə deyib ki, o xəstədir, o toya getmir. Belə biabırçılıq olmaz. Bizim vəziyyətimiz çox pisdir. Rəmiş xalq artisti adına görə 100 manat, mən də 180 manat pensiya alıram, onunla dolanırıq. Dolanmaq da demək olmaz, dilənirik. Rəmiş qeyrətli oğuldur. O, gitaranı ilk dəfə Azərbaycan dilində dindirib. Niyə indi belə olmalıdır? Rəmiş heç kimə pislik etməyib. Köməklikləri lazım deyil, toylarına mane olmasınlar. Bizim vəziyyətimiz çox pisdir. Bu barədə hər yana müraciət etmişəm. Deyiblər gözləyin, yaxşı olacaq. Biz də gözləyirik. Rəmiş belə günlərə layiq deyil”./big
 
İcmal.Az

RƏYLƏR