“Vosmoy”da söyüş üstündə kütləvi dava: Xəsarət alanlar var

OXUNUB: 1016 HADİSƏ

Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

Hadisə paytaxtın Nizami rayonunda, 8-ci kilometr ərazisində baş verib.

Belə ki, "Mercedes” və "Daewoo” markalı avtomobillərin sürücüləri və sərnişinləri arasında yolu hansı nəqliyyat vasitəsinin birinci keçməsi üstündə mübahisə yaranıb. Bu zaman hər iki tərəf bir-birinə qarşı nalayiq ifadələr işlədib.

Mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər xəsarət alıblar.

Xəsarət alanlar: 28 yaşlı Allahverdiyev Amil Muradxan oğlu, 30 yaşlı Allahverdiyev Fikrət Fərman oğlu, 24 yaşlı Allahverdiyev Elşad Fərman oğlu, 18 yaşlı Əliyev Elvin Elmdar oğlu, 26 yaşlı Xələfov Seymur Vafiq oğlu, 22 yaşlı Rzayev Tural Əlirza oğlu və 37 yaşlı Rzayev Rzaxan Əlirza oğludur. Dava zamanı xəsarət almış daha bir yaralıya ambulator xidmət göstərilib.

Qeyd edək ki, 30 yaşlı Allahverdiyev Fikrət Fərman oğlu və 24 yaşlı Allahverdiyev Elşad Fərman oğlu dava zamanı üz nahiyələrindən ağır xəsarət alıblar. 

Hadisə ilə əlaqədar Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları əraziyə cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR