Xaçmazda iki nəfəri maşın vurub

OXUNUB: 626 HADİSƏ

Xaçmazda piyadaların vurulması nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

Qəzalar Xaçmaz-Quba yolunda və Müzəffəroba kəndi ərazisində qeydə alınıb.

 

1965-ci il təvəllüdlü Nəsirov Ədalət Qəzənfər oğlunu Xaçmaz-Quba yolunda, 1978-ci il təvəllüdlü Mais Seyidovu isə Müzəffəroba kəndi ərazisində maşın vurub. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında müalicə  olunur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir./apa

 

İcmal.Az

RƏYLƏR