Xalq artisti həyatının ən böyük səhvini ETİRAF ETDİ: “21 yaşımda... ” - MÜSAHİBƏ

OXUNUB: 714 ŞOU-BİZNES

Xalq artisti Firəngiz Mütəllimova Publika.az-ın "Üç nöqtə” layihəsində yarımçıq qalan sualları cavablandırıb.

İndiki ağlım olsaydı...

- Elə bir ciddi səhvə yol verməmişəm, amma indiki ağlım olsaydı, valideynlərimin sözlərinə qulaq asardım, 21, 22 yaşımda ailə qurardım.

Dünyanı dəyişmək imkanım olsaydı...

- Hazırda məni ən çox dünyada baş verən iqtisadi böhran, devalivasiya və dolların qalxıb-enməsi narahat edir. İmkanım olsaydı, bu dəyişikliklərin qarşısını alardım, stabil saxlayardım.

Kişilər o qadınlara xəyanət etmir ki...

- Hissiyatı güclü olan və xəyanəti sevməyən xanımları kişilər aldada bilmir. Çünki onları itirməkdən qorxurlar.

Seviləsi qadın olmağın ilkin şərti...

- Ağıllı olmaq lazımdır, eyni zamanda gözəl yemək bişirməyi bacarmalı və gülərüz olmalısan.

Qadınlar göz yaşını ona görə gizlədir ki...

- Qürurlu olduqları üçün zəif cəhətlərini göstərmək istəmirlər.

Qadına qarşı şiddət...

- Belə xəbərlər eşidəndə çox pis oluram. Allah qadını elə zərif yaradıb ki, ona qarşı şiddət cinayətdir.

Təəssüf edirəm ki...

- Şuşanın və Qarabağın olmamağına təssüf edirəm. Ata-baba yurdumu ancaq yuxularda görürəm, orada keçirdiyim günlər tez-tez xəyallarımda canlanır.

Vanqa nənə ilə görüşsəydim...

- Vanqa yaşamır, görüşsəydim də, heç nə soruşmazdım, ancaq Allaha inanıram.

Küsülü olduğum insana demək istəyirəm ki…

- Küsülü olduğum insan yoxdur.

Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Lənət deyil, Allah hərəyə bir həyat yazıb, yazılan ömrü də yaşamalıyıq. Bu yazını heç kim poza bilməz. Təklikdən qorxmuram, əksinə rahat oluram.

Kiminsə yalan danışdığını hiss edəndə...

- Baxıb gülümsəyirəm, ürəyimdə "Mənə də yox da” deyirəm.

Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Hər kəs eyni olsaydı, həyat maraqsız olardı.

Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Ümid edirəm.

Günahlarım yadıma düşəndə...

- Böyük günah sahibi olmamşam, kiçik günahlarım olub. Hər axşam Allaha dua edirəm ki, mənim və ailə üzvlərimin günahlarını bağışlasın.

Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Qənaətcil olsunlar, özüm bədxərcəm, ən çox geyimə pul xərcləyirəm. Təəssüf ki, bu xasiyyətimi düzəldə bilmirəm.

İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Heç vaxt itirməmişəm.

Heç vaxt heç kimə icazə vermirəm ki...

- Mənə yalan danışsınlar.

O zaman düşünmədən riskə gedirəm ki...

- Ümumiyyətlə, riskə getməyi sevirəm. Başqa çıxış yolum qalmayanda riskli addımlar atıram. Beyin əməliyyatı həyati təhlükə deməkdir, yaddaşımı itirə, hətta iflic ola bilərdim. Mən yenə də gülə-gülə əməliyyata girdim, nələrə qol çəkdim getdim... Şükürlər olsun ki, bu risk uğurla nəticələndi.

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Qoç bürcüyəm, ağlım yaxşı işləyir. Belə situasiyalarda ağlımı işlədirəm.

Yaxşı gündə, pis gündə...

- Ailəm yanımda olsun.

Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı idi.

- Minnətdaram.

İcmal.Az


RƏYLƏR