Xankəndi yaxınlığında atışma səsləri eşidilib

OXUNUB: 446 HADİSƏ
Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilir.

Bu barədə 7News.Az "RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, atıcı silahlardan qısa fasilələrlə tək-tək atışma səslərinin eşidilməsi davam edir. Növbəti atışma səsləri Bakı vaxtı ilə saat 01:04-də eşidilib.

Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir.

Xatırladaq ki, dünən də Xankəndidə atışma səsləri eşidilib. Belə ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb.

7News.Az

RƏYLƏR