Xərçəngdən əziyyət çəkən aparıcı Zümrüd: "Hər an ölə bilərəm..."

OXUNUB: 738 ŞOU-BİZNES
Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova əməliyyata hazırlaşır.

İcmal.Az xəbər verir ki, bu barədə yeniçağ.az-a Z. Qasımova özü açıqlama verib:

"Düz 6 ildən sonra qərara gəldim ki, üçüncü dəfə əməliyyat olunum. Çox riskli və ağır əməliyyatdır. Hər an ölə bilərəm. Həkimlər bu əməliyyatın ağır olduğunu söylədi və təkidlə bu fikrimdən əl çəkməyimi istədilər. Həyat yoldaşım da buna razılıq vermir, çünki bilir ki, bu, mənim həyatım üçün təhlükəlidir. Lakin mən öz fikrimdə qətiyəm. Nə həyat yoldaşım, nə də həkimlər məni fikrimdən döndərə bilmədilər. Nədən əməliyyat olunacağımı demək istəmirəm. Buna görə ayın sonunda Türkiyəyə gedəcəm”.

Qeyd edək ki, aktrisa döş xərçəngindən əziyyət çəkir və buna görə iki dəfə əməliyyat olunub.
 
İcmal.Az

RƏYLƏR