Abşeron rayonunda orta məktəbi qarət edən dəstə yaxalanıb.
İcmal.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.
İcmal.Az