Xırdalanda TİKİNTİ DƏHŞƏTİ: Ölən fəhlənin ağzına araq töküb... - FOTOFAKT

OXUNUB: 1078 HADİSƏ
Xırdalanda yerləşən binaların birindəki tikintidə baş verənlər hər kəsi dəhşətləndirib. Belə ki, bu barədə redaksiyamıza məktub ünvanlayan sosial şəbəkə istifadəçilərindən biri dəhşətli faktın üstünü açıb. 

İcmal.Az xəbər verir ki,BiG.AZ-a daxil olan məlumata görə Xırdalanda tikintidə işləyən fəhlələrdən biri təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün hündürmərtəbəli binaın təmiri zamanı yıxılaraq dünyasını dəyişib. Bunu görən tikinti şirkətinin rəhbərliyi dünyasın dəyişən fəhlənin ağzına spirt (araq) tökərək onu sərxoş olaraq yıxılmış kimi qələmə verib. Hadisə şahidinin verdiyi məlumata görə sözügedən şirkət işçiləri ilə heç bir əmək müqaviləsi bağlamır və işçilərin təhlükəsizliyi üçün avadanlıqlarla, kasklar, kəndirlər və digər ləvazimatlarla təmin etmirlər. 

Məsələ diqqətimizdədir və tikinti şirkətinin adı, dünyasını dəyişən fəhlənin adı dəqiqləşdirildikdən sonra məlumat veriləcək. 
 
 
İcmal.Az

RƏYLƏR