Yağış suları vətəndaşa məxsus evi yudu - FOTO

OXUNUB: 534 GÜNDƏM HADİSƏ
Bir neçə gün öncə Gəncə şəhərinə yağan yağışlar şəhərin ən iri yaşayış massivlərindən olan Məhsəti Qəsəbəsində bəzi fəsadlara yol açıb. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən qəsəbənin Məhəmməd Abdullayev adlanan küçəsində yağış suları daha ciddi problemlərə yol açıb.Aynurə Novruzovaya məxsus tikilinin bir hissəsini  yağış suları uçurub.Ümumiyyətlə Məhsəti qəsəbəsində çirkab suların axıdılması sistemi olmadığında yağışlı havalarda sözügedən yaşayış massivində bəzi çətinliklər yaşanır. Qəsəbənin küçələrində iri gölməçələr yaranır,sakinlərin hərəkəti çətinləşir.
 

RƏYLƏR