Yaponiyada leysan yağışlarından ölənlərin sayı 88 nəfərə çatıb - YENİLƏNİB - 3

OXUNUB: 483 DÜNYA

Yaponiyanın qərb hissəsində leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı artıq 88 nəfər təşkil edir.

Onlarla insan itkin düşmüş hesab olunur.

Kurasiki şəhərində 2 mindən çox insan xilas edilib.

 

21:38

Yaponiyada leysan yağışların yaratdığı sürüşmə və daşqınlar nəticəsində artıq 85 nəfər həyatını itirib.

Bu barədə rəsmi məlumatlara istinadən NHK informasiya yayıb.

Bildirilir ki, 6 nəfər son dərəcə ağır vəziyyətdədir, daha 58 nəfər itkin düşmüş hesab olunur.

 

15:29

 Yaponiyanın Küsü və Sikoku adalarında 3 gündür davam edən yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Hazırda 92 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakət çoxsaylı sürüşmələrə və dambaların dağılmasına gətirib çıxarıb, bir çox evlər su altında qalıb.

 

10:58

 Yaponiyada leysan yağışlar və onun törətdiyi sürüşmələr nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Təbii fəlakət zamanı daha 45 nəfər itkin düşmüş hesab edilir.

Öz növbəsində NHK telekanalının məlumatına görə, 6 nəfər huşsuz vəziyyətdədir.

"Associated Press" ölənlərin artıq 76 nəfərə çatdığını yazır.

Ən çox ölüm halı Honsyu adasının cənub-qərbində yerləşən Hirosima prefekturasında və Sikoku adasının Exime prefekturasında qeydə alınıb./report

 

İcmal.Az


RƏYLƏR