7NEWS.az xəbər verir ki, Yaponiyanın Şizuoka əyalətində yetişdirilən və emal edilən Yaşıl Çay yarpaqları mövsümün ilk auksionunda həvəskarlara təqdim edilib. Rəngi, qoxusu və yarpaq forması ilə seçilən 1 kiloqram qurudulmuş yaşıl çay 1,96 milyon Yenə (təxminən 26 min manat) alıcı tapıb. Şizuoka Yapon Çay Bazarının rəhbəri Yasuhide Uchino bildirib ki, yanacaq və xammal qiymətlərinin daim artmasına baxmayaraq, istehlakçılara ləzzətli çay təqdim etmək üçün işləri davam etdirirlər.
7NEWS.az