Yardımlı rayonunda bədbəxt hadisə zamanı yaşlı kişi ağır xəsarət alıb.
1965-ci il təvəllüdlü Abdinov Vətən Abdul oğlu güclü yağış zamanı Yuxarı Astanlı kəndində qayalıq ərazidən keçərkən başına kiçik daş parçası düşüb.
Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Lakin onun halı pisləşib. Yaxınları yaralını 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə təhvil verib. Həkimlər bildirir ki, artıq onun vəziyyəti sabitdir.
Fakt araşdırılır./report
İcmal.Az