Yaşar Nurinin qızı müğənniliyə başladı? - VİDEO + FOTO

OXUNUB: 908 ŞOU-BİZNES

Son günlər mətbuatda mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızının müğənniliyə başlaması ilə bağlı xəbər dərc olunub. 

 Xalq artistinin qızı yazılanları təkzib edib: "Mən artıq 10 aydan çoxdur ki, "Akustik” qrupunun meneceri kimi çalışıram. Onlarla birgə banketlərə, məclislərə gedirik. Aparıcılıq edirəm, bəzi məclislərdə də mahnı oxuyuram. Mən müğənni deyiləm. Müğənni olsam, müğənni kimi gündəmə gələrəm. O peşənin yükünü üzərimə götürə bilmərəm. Sadəcə, prodüser və aparıcıyam. Bir də xınayaxdı mərasimlərinə də gedirəm. Bu işləri mən çoxdan görməli idim. Sadəcə, atamın xasiyyəti ağır olub, heç bir zaman icazə verməyib. Özüm İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsini bitirmişəm. Kinolara dəvət almışam, klipə də çəkilmişəm. Əgər məndə talant varsa, niyə də yox? Məsələn, bacım hüquqşünasdır, ona desəm də, incəsənətə gəlməz. Amma mən səhnə üçün ölürəm. Və düşünürəm ki, atam sağ olsaydı, bunları mənə qadağa etməzdi”.

 

 

İcmal.Az

RƏYLƏR