"Yeganə çıxış yolumuz Metsamor AES-i partladaraq Azərbaycana zərbə vurmaqdır" — Erməni teleaparıcıdan SAYIQLAMA

OXUNUB: 569 DÜNYA SİYASƏT
"Lazım gəlsə Metsamor AES-nı partladarıq”.

Demokrat.az erməni Tq kanallarına istinadən xəbər verir ki, bu fikir erməni proqramlarının birində səsləndirilib.

Əslən Bakıldan olan erməni qadın qonağına çıxış yolu kimi atom stansiyasını partlatmağı məsləhət görüb.

O deyib:

"Biz barıt çəlləyinin yox, atom bombasının üstündə oturmuşuq. Biz niyə unuduruq ki, belə bir silahımız var? Elə situasiyalar olur ki, qəzəb üstün gəlir və səni küncə sıxırlar.  Neyləməliyik? Bizə ancaq bir çıxış yolu qalır – Metsamoru partlatmaq”.

Studiyada qadının bunu sakit, çəkinmədən deməsi qonağı təəccübləndirsə də, o yenə fikrində israrlı olub.

Daha sonra o, sayıqlamalarına davam edərək deyib:

"Əgər azərbaycanlılar belə arxayındılar ki, bizdə nə qürur var, nə də ləyaqət və ölkəmizə gəlib nə istəsələr edə bilərlər, biz də onlara bu cür cavab verərik, atom stansiyasını partladarıq. Bu da olar sivilizasiyaların müharibəsi və hər şeyi məhv edərik”.

RƏYLƏR