Yelo Bank-da “Women’s sharing circle” layihəsinin ikinci proqramı baş tutdu

OXUNUB: 778 Özəl İQTİSADİYYAT BANK
Yelo Bankın dəstəyi ilə DanceAbility Azərbaycan şirkəti tərəfindən "Women’s sharing circle” sosial layihəsinin ikinci proqramı baş tutdu. Ayda bir dəfə Bankın baş ofisində həyata keçirilən layihə müxtəlif yaşda, fərqli peşə sahibləri, sağlamlıq imkanları məhdud olan və olmayan qadınları bir araya gətirir. Proqram qadınlara DanceAbility metodu və aktiv meditasiya əsasında vücud vasitəsilə öz emosiyalarını ifadə etməyə, həmçinin digər insanlarla empatik ünsiyyət qurmaq imkanı yaradan universal vasitələr öyrədir. Eyni zamanda proqram sayəsində iştirakçılar fiziki fəaliyyət və bədii ifadə üçün bərabər imkanlardan faydalanır, yeni dostluq əlaqələri qazanırlar. Layihə DanceAbility və Ecstatic Awakening Dance metodları üzrə beynəlxalq dərəcəli müəllim Nigar Sultanovanın mentorluğu ilə keçirilir.

Yelo Bank-ın bu layihədə əsas məqsədi qadınları gücləndirmək, sağlamlığı və rifahı naminə seçim etmək üçün imkan yaratmaqdır. Layihə eyni zamanda zehni, emosional və fiziki sağlamlığın inkişafını da dəstəkləməyi hədəfləyir. Qeyd edək ki, müasir interyerə malik olan Bank-ın Baş ofisi fiziki məhdudiyyətli şəxslərin bankdaxilində rahat hərəkətini təmin edən imkanlara sahibdir.

Bank xidmətləri, o cümlədən, kredit kartı haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!
 
 
İcmal.Az

RƏYLƏR