Yelo Bank-ın yay təcrübə proqramının iştirakçıları seçildi

OXUNUB: 938 Özəl İQTİSADİYYAT BANK

Yelo Bank-ın ənənəvi "Summer Challenge 2023” - yay təcrübə proqramının iştirakçıları bəlli oldu. 1300-dən çox müraciət əsasında istedadı ilə fərqlənən 21 tələbə seçilərək, təcrübə proqramında iştirak hüququ qazandılar. Yelo Bankın Baş ofisində seçilmiş iştirakçılar ilə tanışlıq görüşü keçirilib. Görüşdə iştirakçılara Yelo dəyərləri, məhsulları, buradakı peşəkar inkişaf imkanları haqqında məlumat verildi. Bundan başqa düzgün CV hazırlanması və müsahibə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı qısa təlim də keçirildi. Qeyd edək ki, təcrübəçilər maliyyə, insan kapitalı, hüquq, pərakəndə bankçılıq, İT, marketinq və digər departamentlərdə Yelo komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.
 
"Yelo Summer Challenge” istedadı olan, lakin təcrübəsi olmayan tələbələr və yeni məzunlar üçün yaradılmış parlaq karyera fürsətidir. Təcrübə müddəti boyunca bu fürsəti ən yaxşı şəkildə dəyərləndirib, fərqlənən iştirakçıları Yelo Bank-da iş imkanı gözləyir. Bank sosial məsuliyyət strategiyasına sadiq qalaraq gələcəkdə gəncləri hədəfləyən layihələrini davam etdirəcək.  

Kredit karti sifarisi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!
 


RƏYLƏR