Yelo Bank təmiz Xəzər naminə ekoloji aksiya keçirib

OXUNUB: 778 Özəl İQTİSADİYYAT BANK
Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bu dəfə Bank ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Novxanı çimərliyi ərazisində təmizlik aksiyası həyata keçirib. Onlarla Yelo Bank əməkdaşının qoşulduğu aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Nəticədə 3 tona yaxın tullantı yığılıb. Daha sonra tullantılar çeşidlənərək xüsusi konteynerlərə yerləşdirilməsi üçün təhvil verildi.

Yelo Bank yaşadığımız cəmiyyətin inkişafına, ətraf mühitin qorunmasına xüsusi önəm verir. Artıq ənənə halını almış bu ekoloji aksiyanın əsas məqsədi milli sərvətimiz olan Xəzəri qorumaq, təbiətə qarşı məsuliyyət və qayğı hisslərini aşılamaqdır. Aksiyada təkcə Yelo əməkdaşları deyil, onların ailə üzvləri də iştirak edirdilər. Qeyd edək ki, Bank bu cür təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.

Bank xidmətləri, eləcə də mikro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!
 

 

RƏYLƏR