"Yeni Çağ" ilə "Qızılbaş"dan "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına DƏSTƏK

OXUNUB: 965 SOSİAL

"Yeni Çağ” Media Qrupu və "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.

Bunu "Yeni Çağ” Media Qrupunin baş direktoru, "Qızılbaş” GMİB sədri Aqil Ələsgər elan edib.

O, bildirib ki, media qurumu və İctimai Birlik olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı kampaniyasına qoşulurlar:

"Bu gündən "Yeni Çağ” Media Qrupu və "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.

İnanıram ki, həmişə ölkəmizin milli maraqlarını ön planda tutan QHT-lər və tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizədə bütün resursları səfərbər edərək Şuranın başlatdığı layihəni dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.

RƏYLƏR