Yeni il günü ailə üzvlərini güllələyən yeniyetmənin FOTOsu

OXUNUB: 617 DÜNYA

ABŞ-da 16 yaşlı yeniyetmə özünün ailə üzvlərini güllələyib.

Nyu-Cersi ştatında 16 yaşlı oğlan üç qohumunu, həmçinin ailənin dostunu qətlə yetirib. O, polis tərəfindən saxlanılıb.

Scott Kologi adlı oğlan Yeni il ərəfəsində öz ata-anasını, bacısını və ailənin dostunu tüfəngdən atəş açaraq öldürüb.

 

Yerli prokurorun sözlərinə görə, adı açıqlanmayan şübhəli şəxsin qardaşı və babası hadisə zamanı evdə olmayıblar.

Yeniyetməyə 48 saat ərzində cinayət məcəlləsinin dörd maddəsi, həmçinin digər maddələr üzrə ittihamlar irəli sürüləcək./milli

İcmal.Az

RƏYLƏR