Yevlaxda rayonunda toy mərasimindən qayıdan sərxoş sürücü avtomobilini su kanalına aşırıb.
Hadisə şəhərin Qoyunbinəsi kəndində baş verib.
Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq kəndin ərazisindən keçən su kanalına düşüb. Hadisə zamanı sürücü xəsarət alıb. Hadisə sürücüünü avtomobilini sərxoş vəziyyətdə idarəetməsi səbəbi ilə baş verib.
Faktla bağlı araşdırma aparılır./report
İcmal.Az