Zaur Baxşəliyev: "Belə bir ilk ailəvi realiti-şou yaratmaq çoxdankı arzum idi"

OXUNUB: 807 ŞOU-BİZNES

ATV telekanalının siması olan Zaur Baxşəliyevin yeni layihəsi efirə çıxan kimi ajiotaj yaratmağı bacardı.

İcmal.Az xəbər verir ki, aparıcı atv.az-ın sualını cavablandırıb:

"Belə bir ailəvi realiti-şounu yaratmaq mənim çoxdankı arzum idi və layihəm artıq bir neçə il idi ki tam hazır idi. Çox şadam ki, arzum həyata keçdi və Günayla birgə biz, nəhayət ki, tamaşaçılarımıza  Azərbaycan teleməkanında ilk ailəvi realiti-şou olan "Zaurla Günaydın"ı təqdim edə bildik. Bu realiti-şounun özəyi səmimiyyətində və cərəyan edə biləcək hadisələrin gözlənilməzliyindədir.

Misal üçün, veriliş efirdə gedə-gedə hər bir ürəyi istəyən insan ailəsi ilə birgə bizim qonağımız ola bilər! Bunun üçün onun mənə zəng etməyi kifayərdir. Və ya biz Günayla özümüz kiminsə nömrəsini yığaraq, onu ailəsi ilə birgə efirə çağıra bilərik. Məqsədimiz qonaqlarla öncədən isti münasibət yaratmaq, onların özlərini sərbəst hiss etməsi üçün lazımi şərait qurmaqdır".

İcmal.Az

RƏYLƏR