"Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn "Zəfər salnaməsi- Şuşa qəhrəmanlarının dastanı” sənədli filminin çəkilişləri başa çatıb.
Yaxın günlərdə filmin təqdimat mərasimi keçiriləcək.
Film Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində hazırlanıb.
Ekran işi Şuşanın azad olunmasında şücaət göstərən qəhrəmanların hekayələri və Azərbaycan hərb tarixinə misli görünməmiş qəhrəmanlıq salnaməsi kimi həkk olunan tarixi zəfərdən bəhs edir.
Filmin əsas qayəsi Şuşa döyüşlərinin qəhrəmanlarını gənc nəslə tanıtmaqdan ibarətdir.





















