"Zəfərə Gedən Yol" layihəsinin növbəti tədbiri baş tutub

OXUNUB: 796 QHT

"Zəfərə Gedən Yol" layihəsinin növbəti qonağı II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhərimizin Qəhrəmanları Musa və Turalın anası Nəhayət Həsənova olub.

 

Mingəçevir Gənclər Evi və Minfo.az Gənclərin İnformasiya Portalının birgə təşkilatçılığı ilə keçirilən "Zəfərə Gedən Yol" layihəsinin növbəti qonağı II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhərimizin Qəhrəmanları Musa və Turalın anası Nəhayət Həsənova olub.

 

Görüş zamanı gənclərə Şəhidlərimizlə bağlı məlumat verən Nəhayət xanım övladları ilə bağlı xatirələrini bölüşüb. Övladları ilə keçirdiyi hər anın unudulmaz olduğunu deyən anamız onların Vətənə olan sonsuz sevgisindən danışıb. Musanın yazdığı şeirlərdən danışan Nəhayət xanım son şeirlərindən birində qeyd etdiyi kimi ən böyük arzusunun qardaşı ilə birlikdə dünyadan köçmək olduğunu bildirib. Görüş zamanı gənclər suallar ünvanlayıb, şeirlər səsləndirib və Qəhrəmanlarımızın xatirəsini əbədi olaraq yaşadacaqlarına söz veriblər.

 

Bu gün biz gənclər Sizin övladlarınız, Siz isə bizim hər birimizin anası, baş tacısınız.


RƏYLƏR