Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova parlamentin bu gün keçirilən plenar iclasında xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı müraciət edib.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, Z.Xanlarova R.Balayevin səhhətinin, vəziyyətinin yaxşı olmadığını bildirib.
Millət vəkili məsələ ilə bağlı Səhiyyə və Mədəniyyət nazirliklərindən dəstək vermələrini xahiş edib:
"Rasim Balayev bütün ömrünü sənətə həsr edib. Bu məsələyə bir əncam çəkmək lazımdır. Mən millətin adından xahiş edirəm ki, müvafiq qurumlar bu işlə məşğul olsunlar".
İcmal.Az