Özünü FHN əməkdaşı kimi təqdim etdi: Türkiyədə skandal oldu - FOTOLAR + VİDEO

OXUNUB: 384 GÜNDƏM

Türkiyənin Marmaris bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə özünü 2021-ci ilin iyulunda bu ölkədə baş verən yanğınların söndürülməsində aktiv iştirak edən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühfaizə Xidmətinin komandiri kimi təqdim edən Rasim Əhmədə fəxri fərman verilib.

Tədbirdən dərhal sonra həmin şəxsin FHN-in Yanğındna Mühafizə Xidmətinin əməkdaşı olmadığı üzə çıxıb.

Türkiyə rəsmiləri tərəfindən böyük skandal kimi qiymətləndirilən hadisə ilə bağlı Modern.az-a müraciət edilib.

Məsələ ilə bağlı FHN-in Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva cavab olaraq, bu şəxsin qurumun əməkdaşı olmadığını bildirib.(modern.az)

 

RƏYLƏR