20 mini 40 min edəcəyini deyən kamerunlu məhkəmə önündə

OXUNUB: 869 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamerun vətəndaşı Vambo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. 

Məhkəmə prosesi mayın 17-də davam etdiriləcək.

Qeyd edək ki, V.Aurelie bir vətəndaşdan 20 min dollar alaraq pulları kimyəvi vasitələrlə 40 min dollara çevirəcəyini deyərək aldadıb və pullarını ələ keçirib.

İcmal.Az

RƏYLƏR