Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...

OXUNUB: 152 HADİSƏ
"Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin nazir müavini olan general oğluna məxsus şirkətlə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb”.

Bunu iqtisadçı Allahverdi Aydın "Facebook”da yazıb.

"Ramiz Mehdiyev AMEA prezidenti olanda oğlunun şirkətinə 10,4 milyon manat pul köçürüb və qarşılığında heç bir iş görülməyib. Hesablama Palatası da bununla bağlı Baş

Prokurorluğua müraciət edib ki, burda cinayət əməli olduğu üçün tədbir görsünlər."Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində açıq şəkildə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Elm və Təhsil Nazirliyi cavab versin görək ki, dərslik çap etmək nə zamandan məxfi məlumat olub? Yaxud, cavab versinlər görək, 2 milyonluq satınalma üçün niyə tender müsabiqəsi keçirilməyib? Axı Qanunun 49-cu maddəsində bir mənbədən satınalma metodunun hansı hallarda tətbiq olunacağı açıq şəkildə qeyd olunub” – deyə, iqtisadçı vurğulayıb. /Yeni Sabah

RƏYLƏR