Dollar sabit qaldı, avro isə ucuzlaşdı

OXUNUB: 937 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 11-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən İcmal.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 10-u ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8544 manatdan 1,8508 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0293 manatdan 0,0296 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4697 manatdan 0,4746 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2050 manatdan 2,2027 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6971 manatdan 0,6972 manatadək bahalaşıb.

 

İcmal.Az

RƏYLƏR