Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda ilk görüşünü keçirib.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız yarımfinal uğrunda mübarizədə Pakistan təmsilçisi Xan Musab Akram ilə qarşılaşıb.
S.Şəriəti rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yarımfinalda mübarizə aparmaq şansı qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az