Qeyd edək ki, 1975-ci il təvəllüdlü Könül Elton qızı Əkbərovanın dünyasını dəyişdiyi qəza noyabrın 8-də, saat 19:30-da Bayraq meydanı yaxınlığında baş verib. Həmin qəza zamanı 90-FO-007 dövlət nömrə nişanlı ağ rəngli "Jeep Grand Cherokee” avtomobili Könül Əkbərovanı vurub. Nəticədə 3 uşaq anası olan qadın hadisə yerində keçinib.
Könül Əkbərovanın anası, Bakı şəhər sakini Bəsti Qədim qızı Qədimova isə qızının həmin avtomobili idarə edən 17 yaşlı Rəhim adlı şəxs tərəfindən vurulduğunu söyləyib.
Bəsti Qədimova deyib ki, həmin vaxtı avtomobili 17 yaşlı Rəhim adlı gənc idarə edirmiş:
"Bildiyimə görə, Rəhim Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir və Əmrullah Şahbazovun övladıdır. Qızımı maşınla vuran şəxs maşını orada qoyub və hadisə yerindən qaçıb. Sonradan bildik ki, həmin maşını Rəhim adlı 17 yaşlı bir oğlan idarə edib. Onlar 3-4 maşınla Salyan şosesində yerləşən "Manqal” restoranına gedirmişlər. Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.